Modern.az

XİN İranda həbs olunan azərbaycanlılardan məlumatsızdır

XİN İranda həbs olunan azərbaycanlılardan məlumatsızdır

Təhsil

7 May 2013, 13:33

“Həbs olunan azərbaycanlıların buraxılmasına dair məlumat yoxdur”

“Təbrizdə Azərbaycan Respublikası vətəndaşlarının azadlığa buraxılması məsələsi ilə bağlı bizə rəsmi məlumat daxil olmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O, qeyd edib ki, İran mətbuatının yazdığı məlumatda da qeyd edilir ki, azadlığa buraxılanlar onların vətəndaşlarıdır, yəni Azərbaycan Respublikasının vətəndaşları deyil.

Qeyd edək ki, İranın “Oyannews” agentliyinin yaydığı məlumata görə, Təbrizdə Azərbaycan Respublikasının iki vətəndaşı ilə birlikdə həbs edilmiş 4 azərbaycanlı fəaldan 3-ü azadlığa buraxılıb. Bunlar aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxsdir. Fərhadi soyadlı şəxsin İran Qızıl Aypara Cəmiyyətinin Təbrizdəki aptekinin müdiri olduğu bildirilir

Hər üç azərbaycanlı fəal mülk girovu qoymaqla mayın 6-da azadlığa çıxıb. Azadlığa buraxılmış şəxslərə qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamı irəli sürülüb.

Qeyd edək ki, hər üç şəxs AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynovla birlikdə aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onlar Oqtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda Azərbaycan Respublikasının iki vətəndaşının və azərbaycanlı fəal Məhəmməd Rəşidinin harada saxlanıldıqları məlum deyil.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı