İranda həbs olunduqdan sonra azadlığa buraxılan AMEA-nın elçi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov bu gün Azərbaycana qayıdacaq.
Bu barədə Modern.az-a Xalidə Xalidin qızı Ləman Məmmədova məlumat verib. O bildirib ki, səfirlikdən Xalidə Xalid və Şamxal Hüseynovun Azərbaycana gətiriləcəyini deyiblər.
“Anamın bu gün gələcəyini gözləyirik. Telefonla danışanda da anam iyunun 6-da gələcəyini deyib. Səfirlikdən bizə bu gün üçün onların yola salınacağı bildirilmişdi. Gözləyirik”.
Azərbaycanın İrandakı səfirliyində də Xalidə Xalid və Şamxal Hüseynovun bu gün gətiriləcəyi bildirilib.
Qeyd edək ki, AMEA-nın elçi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbrizdə xüsusi xidmət orqanları tərəfindən casusuluqda ittiham edilərək saxlanılıblar.
****
APA-nın xəbərinə görə, onlar bu gün Tehran-Bakı təyyarəsi ilə Bakıya dönüblər.
Anar RÜSTƏMOV