Modern.az

Ermənistanın təqdim etdiyi 50 DNT profili qalıqlarla uyğun gəlməyib

Ermənistanın təqdim etdiyi 50 DNT profili qalıqlarla uyğun gəlməyib

Aktual

Bu gün, 10:35

Azərbaycan azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən insan qalıqlarının eyniləşdirilməsi üçün Ermənistan tərəfinə müvafiq DNT nümunələrinin təqdim olunmasını təklif edib.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

Komissiya sədri bildirib ki, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməni əsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında aparılan ekspertizalar zamanı uyğunluq müəyyən edilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir