Modern.az

Azərbaycan xalçası ABŞ-da REKORD qiymətə satıldı: 33 milyon dollara

Azərbaycan xalçası ABŞ-da REKORD qiymətə satıldı: 33 milyon dollara

Təhsil

7 İyun 2013, 11:07

Azərbaycanın XVII-ci əsr  Səfəvilər dövrünə aid xalçası  Nyu-York auksionunda rekord qiymətə- 33,7 milyon dollara satılıb. Modern.az bildirir ki, “Sotheby”s” auksion evi bildirib ki, üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilən xalçanı telefon vasitəsilə anonim alıcı əldə edib.

Xalçanı satışa çıxardan isə Vaşinqtonda yerləşən Krokoran incəsənət qalereyasıdır. Səfəvilər dövrünə aid xalçanı incəsənət qalereyasına 1926-cı ildə Montana ştatından olan senator Uilyam Klark vəsiyyət etmişdi. Bundan öncə rekord məbləğ ödənilən xalça 2010-cu ilin aprelində Londonda 9,6 milyon dollara satılmışdı.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı