Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
İyun ayının 11-dən 13-nə kimi respublikanın rayonlarında əsasən isti temperatur rejimi və yağıntılı hava şəraiti payızlıq dənli əkinlərində məhsul yığımını bir qədər çətinləşdirəcək. Mərkəzi-aran rayonlarında isə dənli bitki məhsulunun və çəyirdəkli meyvələrin yığımı, hətta çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq və kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini yüksək tempdə saxlayacaq.
Modern.az