Modern.az

Azərbaycanda azan oxunması ənənəsi formalaşmayıb - Problem

Azərbaycanda azan oxunması ənənəsi formalaşmayıb - Problem

Təhsil

25 Sentyabr 2013, 14:49
Azərbaycan İslam ölkəsi olsa da, məscidlərdə azan oxunmasına müəyyən qadağalar var. Amma həftə sonları və xüsusi günlərdə paytaxtın mərkəzində kilsə zənglərinin çalınmasına etiraz edən yoxdur. Prezidentliyə namizəd İlyas İsmayılovun nümayəndəsi də teledebatların birində bu məsələyə toxunaraq müvafiq qurumlara səslənmişdi.

Modern.az-a verdiyi şərhdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli bu barədə onlara heç bir müraciətin daxil olmadığını bildirib.

İlahiyyatçı Elşad Miri isə hesab edir ki, Azərbaycanda hələ belə bir ənənə formalaşmayıb. Onun sözlərinə görə, İslam ölkələrində azan səsi eşidiləndə heç kim narahat olmur.

“Məsələn, Türkiyə kimi ölkədə artıq buna öyrəşiblər. Səhər, günorta, ümumiyyətlə gündə 5 dəfə azan oxunur. Heç kim də bununla bağlı nə narahatçılığını, nə də etirazını bildirir. Çünki bir ənənə formalaşıb. Amma Azərbaycan kimi ölkələrdə məscidlərin sayı az olduğuna və kaset, disk vasitəsilə azan səsləndirildiyinə görə belə narahatçılıqlar olur”.

Kilsə zənglərinin səsinin yüksək verildiyinin şahidi olan ilahiyyatçının sözlərinə görə, müəyyən standartlar olmalı və azan səsi də həmin standartlara uyğun səsləndirilməlidir. 

Gültəkin ƏLƏSGƏR  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı