Modern.az

Azərbaycanda seçki bülletenlərinin çapına başlandı

Azərbaycanda seçki bülletenlərinin çapına başlandı

Təhsil

28 Sentyabr 2013, 11:35

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bu gündən Milli Məclisin mətbəsində bulletenlərin çap prosesinə start verilib. Trend-in məlumatına görə, bununla bağlı şənbə günü Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərliyi ilə mətbəyə baxış keçirilib.

M.Pənahov jurnalistlərə bildirib ki, ümumiyyətlə 5 milyon 149 min 255 ədəd buliten çap olunacaq. Çap olunmuş bulletenlər dairə seçki komissiyalarına sentyabrın 30-da təhfil veriləcək. Bulletenlərin çap olunma prosesinə nəzarət üçün beynəlxalq müşahidəçilər də dəvət olunub.

Ümumi çap prosesinə nəzarət Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən aparılacaq.

Qeyd edək ki, prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı