Modern.az

Milli Məclisdə bir neçə qanuna dəyişiklik edildi

Milli Məclisdə bir neçə qanuna dəyişiklik edildi

Təhsil

30 Sentyabr 2013, 14:11

Milli Məclisi bu gün keçirilən iclasında bir sıra orden və medalların dəyişdirilməsi təsdiq edilib. Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən "Tərəqqi", "Vətən uğrunda", "Polis veteranı" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları, o cümlədən "İstiqlal", "Şöhrət", "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenləri tamamilə dəyişdirilir. Bununla bağlı müvafiq olaraq "Azərbaycan Respublikasının "Tərəqqi" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının "Vətən uğrunda" medalının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının "Dövlət qulluğunda fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında", o cümlədən "Azərbaycan Respublikasının "İstiqlal" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Bayrağı" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında", "Vətənə xidmətə görə" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" və "Şöhrət" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" qanunlara dəyişikliklər edilib. Layihələrə əsasən, ordenlərin və medalların bütün təsvirlərində və ölçülərində dəyişikliklər ediləcək.

Milli Məclis ilk iclasında həmçinin "Sosial müavinətlər haqqında" qanuna dəyişiklikləri qəbul edib.

Dəyişiklik barədə məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, qanunun 10-cu maddəsində sosial müavinətlərin təyin edilməsi və ödənilməsi ayrılaraq ayrı-ayrı maddələrdə verilir. Maddə 10-da sosial müavinətin təyin edilməsi ayrıca, yeni əlavə olunan 10.1-də sosial müavinətlərin ödənilməsi ayrıca verilir. Eyni zamanda, yeni 10.1-ci maddədə ayrıca qeyd olunan sosial müavinətlərin ödənilməsində yeniliklər də var. Yeniliklərə əsasən, müavinətlər tam olaraq ödəniləcək. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı