Modern.az

İlham Əliyev Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni binasının açılışında olub - FOTOLAR

İlham Əliyev Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni binasının açılışında olub - FOTOLAR

Təhsil

30 Sentyabr 2013, 14:40

Sentyabrın 30-da Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. Tədbirdə bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası Dövlət Proqramının icrası qaydasında, milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində inşa edilib.

Yeni binanın layihə işləri  “S Modus” MMC, inşaat işləri isə “Continental Construction and İndustrial Co” ASC tərəfindən həyata keçirilin. 5 və 7 mərtəbəli iki korpusdan, habelə  3 mərtəbəli yardımçı buna və yeraltı qarajdan ibarət  binanın inşasına 2010-cu ilin avqust ayında başlanılıb. Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı binanın  ictimai zonasının girişində vətəndaşların qəbul otağı inşa edilib. Qəbul otağında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar normativ-hüquqi sənədlərdən çıxarışlar, prokurorluq orqanlarında vətəndaşların qəbuluna dair əmr, habelə prokurorluğun rəhbər heyətinin qəbul günü və saatları olan lövhələr quraşdırılıb.

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binaya əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılıb. Məlumat verildi ki,  təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli təhlükəsizlik kamerası, metal aşkarlayıcısı elektron və çanta yoxlayan rentgen qurğuları, turniketlər quraşdırılıb. Prezident İlham Əliyev “161-Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış olub.
Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə yaradılmış, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilərək, daxil olan zəngləri görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu  yeni proqram təminatı vasitəsilə həyata kecirilir ki, bu da  korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır. Binanın 6-cı mərtəbəsindəki konfrans zalı yerləşir. Həmin mərtəbədə yerləşən və müasir hüquq ədəbiyyatı, müxtəlif metodiki tövsiyələr, normativ-hüquqi aktlarla zənginləşdirilmiş kitabxananın digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışı təmin edilib. Binanın 1-ci mərtəbəsindəki dindirmə otaqlarında zərərçəkmiş, şahid və cinayət prosesinin digər iştirakşılarının iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb, otaqlar zəruri avadanlıqlarla, o cümlədən videoçəkiliş və digər texniki vasitələrlə təchiz edilib.

Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin kollektivinə uğurlar  arzulayıb.







Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı