Modern.az

Azərbaycan sabahdan BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayacaq

Azərbaycan sabahdan BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayacaq

Təhsil

30 Sentyabr 2013, 15:06


Sabah - oktyabrın 1-dən BMT Təhlükəsizlik Şurasında sədrlik Avstraliyadan Azərbaycana keçəcək. Və Azərbaycan oktyabr ayı ərzində BMT Təhlükəsizlik Şurasınna sədrlik edəcək.

Modern.az xəbər verir ki, bu, Azərbaycanın 2012-2013-cü ilkərdə BMT-nin Təhlükəsizlik Şurasında ikinci sədrliyi olacaq. Azərbaycanın BMT TŞ-ya bundan əvvəlki sədrliyi 1-31 may 2012-cil tarixlərində olub. Həmin müddətdə qurumda Azərbaycanın sədrliyilə bir neçə iclas keçirildi.
Azərbaycan 2011-ci ilin oktyabrında ilk dəfə olaraq Şərqi Avropadan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlayıb və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək.

BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olub 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Şura dünya miqyasında baş verən ən önəmli və aktual məsələlərin əsas müzakirə və qərar qəbul etmə məkanıdır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...