Modern.az

Azərbaycanda iki məktəbli itkin düşüb

Azərbaycanda iki məktəbli itkin düşüb

Təhsil

7 Oktyabr 2013, 10:21

Bakıda iki məktəbli itkin düşüb. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, 2002-ci il təvəllüdlü Murad Babayevin itkin düşməsi barədə babası Bahadur Babayev polisə məlumat verib.

Daha bir itkin düşmə faktı Suraxanı rayonunda qeydə alınıb. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2000-ci il təvəllüdlü Səkinə Sabir qızı Əbdürrəhmanovanın itkin düşməsi barədə anası polisə xəbər verib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı