Modern.az

Cəmil Həsənlinin iddiası təmin olunmadı

Cəmil Həsənlinin iddiası təmin olunmadı

Təhsil

8 Oktyabr 2013, 17:04


Bu gün Bakı Apelyasiya Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı İlham Əliyevə qarşı iddiasına baxıb.

İddiasında Cəmil Həsənli Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyi üçüncü dəfə irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə almasının qanunsuz sayılmasını istəmişdi.

“Media forum” saytı xəbər verir ki, məhkəmə iddianı təmin etməyib.

Məhkəmə prosesində iddiaçı və cavabdeh tərəfdən Cəmil Həsənlinin və Mərkəzi Seçki Komissiyasının nümayəndələri iştirak ediblər.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı