Modern.az

Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə büdcə müzakirələri başladı

Təhsil

4 Noyabr 2013, 11:09

Modern.az saytının məlumatına görə, bu gün Milli Məclisin 5 komitəsində 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb. Bu müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına çıxarılacaq.

Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi üçün Milli Məclis 4 gün dalbadal – noyabrın 12, 13, 14, 15-də iclas keçirəcək.Həmin iclasların gündəliyinə 6 məsələ daxildir:

Bunlar “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələridir. Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı