Bu gün Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə sabiq deputat Gülər Əhmədovaya qarşı məhkəmənin növbəti iclası başlayıb. Hakim Əlisultan Osmanovun sədrliyilə baxılan proses bu gün şahidlərin dindirilməsi ilə davam edəcək.
Modern.az xəbər verir ki, prosesdə əsas şahid kimi mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun dindiriləcək. Ötən il dekabrın 26-da dünyasını dəyişmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədov bir çox həqiqətləri açıqlayaraq G. Əhmədovaya qarşı ifadə verəcəyi gözlənilir.
Şahid qismində S. Babayevanın bacısı da məhkəməyə çağırılıb.
Gültəkin ƏLƏSGƏR