
Modern.az xəbər verir ki, Milli Məclisin bu keçirilən komitə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, növbəti ilin büdcəsi üçün xam neftin bir bareli üçün 100 dollar qiyməti əsas götürülüb.
“Qeyri-neft sektorunun xüsusi çəkisi 2013-cü illə müqayisədə 7 faiz artacaq. Neft Fondundan dövlət büdcəsinə transfer 2 milyard manatadək azaldılacaq, 9 milyard 337 milyon manat təşkil edəcək. 2014-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4%-i və ya 18 milyard 384 milyon manat həcmində nəzərdə tutulub. Dövlət büdcəsinin sosial yönümlü xərcləri 5 milyard 337 milyon təşkil edəcək, bu da əvvəlki illə müqayisədə 5,9% çoxdur”.
Modern.az