Modern.az xəbər verir ki, Milli Məclisin komitə iclasında çıxış edən Ziyafət Əsgərov Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından söz açıb. O, qeyd edib ki, bugünkü Azərbaycan iqtisadiyyatının uğurlu inkişafının səbəbi populizmdən uzaq olmasıdır.
“Bu gün Avropa ölkələrində baş verən iqtisadi böhranların kökündə xalqa verilən populist vədlər nəticəsində yaranıb. Belə ki, hakimiyyətlərin tez-tez dəyişilməsi nəticəsində hakimiyyətə gələn qüvvə xalqa populist vədlər verir və bunları yerinə yetirmək üçün xarici borclanmaya girir. Bu da sonda ölkə iqtisadiyyatının çöküşünə gətirib çıxarır”.
Z. Əsgərov onu da bildirib ki, Azərbaycandakı inkişafın kökündə siyasi sabitlik və uğurlu iqtisadi konsepsiya durur. “Məhz siyasi sabitlik bütün bu inkişafın nüvəsini təşkil edir”.
Aytən Əliyeva