Modern.az

Tağı Əhmədov “28 May” stansiyasındakı sürüşkən döşəmədən danışdı

Tağı Əhmədov “28 May” stansiyasındakı sürüşkən döşəmədən danışdı

Təhsil

22 Noyabr 2013, 19:38

Metropoliten sədri bildirib ki, sürüşmənin qarşısını almaq üçün döşəməyə vurulan mərmərin üstünə xüsusi məhlul töküləcək

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “28 May” metrosuna vurulan mərmərdən danışıb. Metropoliten rəhbəri “Yeni Müsavat”a açıqlamasında bu problemin yaxın günlərdə həll olunacağını deyib.

O, bildirib ki, sürüşmənin qarşısını almaq üçün döşəməyə vurulan mərmərin üstünə xüsusi məhlul töküləcək: ““28 May”da bu cür vəziyyətin yaranmasına görə orada təmir işləri aparan tikinti firması məsuliyyət daşıyır. Sürüşkən yerə məhlul töküləndən sonra hər şey öz qaydasına düşəcək. Sürüşkənliyin qarşısı alınacaq. Artıq orada birinci yolda, “Neftçilər” istiqamətinə gedən sahədə arxa tərəfdən həmin məhlul tökülüb və bu, artıq öz effektini göstərir”.

T.Əhmədov M.Ə.Rəsulzadənin mozaik pannosunun silinməsi məsələsinə gəlincə bildirdi ki, 28 may mövzusunda “yuxarıdan” nə atribut verilsə, onu da stansiyaya vuracaqlar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı