Modern.az

Səhiyyə Nazirliyi 59 nəfər tibb işçisini işə götürdü

Səhiyyə Nazirliyi 59 nəfər tibb işçisini işə götürdü

Təhsil

27 Noyabr 2013, 15:27

Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. 

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə 13 oktyabr 2013-cü il tarixində elan olunmuş 37 ixtisas üzrə 2000 vakant yerə 289 müraciət daxil olub. Bunlardan 265 nəfəri imtahanlarda iştirak hüququ qazanıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, imtahanların test mərhələsindən 133 nəfər məqbul alaraq ikinci - müsahibə mərhələsinə buraxılıb. Müsahibə nəticəsində 59 nəfər işə qəbul edilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı