Modern.az

İran XİN: “Azərbaycanla razılığa gəlinib”- AÇIQLAMA

İran XİN: “Azərbaycanla razılığa gəlinib”- AÇIQLAMA

Təhsil

17 Dekabr 2013, 15:14

“Bu iclaslar davamlı şəkildə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında keçirilir. İranın ekspert qrupları sərhəd təhlükəsizliyi, ikitərəfli münasibətlər, informasiyalar, əməkdaşlıqların gedişi və digər məsələlər barəsində azərbaycanlı qruplarla danışıqlar aparmaq üçün Bakıdadır”. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bunu XİN mətbuat xidmətinin rəhbəri Mərziyyə Əfxəm bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İran komissiyanın iclası sona çatdıqdan sonra hazırda ölkəsi ilə Azərbaycan arasında keçirilməkdə olan bu  danışıqlar və nəticələr barədə məlumatları tam şəkildə yayımlanacaq. Onun sözlərinə görə, danışıqlar iki ölkənin günü-gündən artmaqda olan münasibətlərə maraqlı olduqlarını və anlaşmaların baş tutduğunu göstərir. “İran həmişə bildirib ki, İslam Respublikası Azərbaycan Respublikası ilə qədim tarixi, dini və mədəni bağlara malikdir. Bu ortaqlıqlar inkişafda olan əməkdaşlıqlar prosesinin güclənməsini artırır”, – deyə İran XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, ötən gün Bakıda   İranla Azərbaycan sərhədçilərinin  müştərək komissiyasının iclası öz işinə başlayıb.

 

Aqşin KƏRİMOV  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı