Modern.az

“Azəsu” ölkədəki su istehlakçılarının sayını açıqladı

“Azəsu” ölkədəki su istehlakçılarının sayını açıqladı

Təhsil

22 Yanvar 2014, 15:53

2013-cü ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 80 min  və ya 7  faiz artıb. 1 yanvar 2014-cü il tarixinə olan məlumata görə, ölkə üzrə 1218143 abunəçi su və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınıb. 
“Azərsu”dan Modern.az-a verilən məlumata görə, istehlakçıların 1177236-sı və ya 97 faizini əhali, 40907-i və ya 3 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.

İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib

2013-cü ildə sayğaclaşma səviyyəsi 9 faiz artaraq 57 faizə çatıb. 1 yanvar 2014-cü il tarixinə olan məlumata görə su təchizatı  xidməti göstərilən abunəçilərin 670 mini sayğacla təmin olunub. Sayğaclaşma səviyyəsi əhali qrupu abunəçiləri üzrə 54,6 faiz, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 85,5 faiz təşkil edib.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı