Modern.az

2011-ci ildən bəri “Azərsu”da maaşlar gecikdirilmir

2011-ci ildən bəri “Azərsu”da maaşlar gecikdirilmir

Təhsil

22 Yanvar 2014, 16:01


Bəzi KİV-lərdə “Azərsu” ASC-də maaşların gecikməsi, hətta işçilərin 2 aydır əmək haqqı ala bilmədiyi barədə məlumatlar yayılıb. Məsələ ilə əlaqədar Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, Modern.az-a bildirdi ki, yayılan bu məlumatlar tam yalandır və əmək haqlararının verilməsində heç bir problem yoxdur:

“2011-ci ilin əvvəlindən, daha doğrusu aprel ayından əmək haqlarına görə yaranmış borclar tam ödənilərək bağlanıb və o vaxtdan əmək haqlarının verilməsində heç bir problem yaşanmır. Artıq 3 ilə yaxındır ki, Səhmdar Cəmiyyətin əməkdaşları əmək haqlarını  vaxtlı-vaxtında alırlar”.

Anar Cəbrayıllı onu da bildirdi ki, hazırda “Azərsu” ASC-də 12200 işçi çalışır və bu ilin əvvəlinə cəmiyyət üzrə orta aylıq əmək haqqı 437 manat təşkil edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı