Modern.az

Qar qatarla gedənlərin sayını artırıb

Qar qatarla gedənlərin sayını artırıb

Təhsil

31 Yanvar 2014, 12:40


Bakıya və bütün ölkə ərazisinə güclü qar yağmasına baxmayaraq qatar marşrutlarından təxirə salınan olmayıb. Bunu Modern.az saytına “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov deyib:

“Amma hava şəraiti ilə bağlı sərnişin sayında artım müşahidə edilir. Sıxlıq çox olduğundan qatarlara əlavə olaraq 8 vaqon qoşulub. Qatarlar qrafik üzrə stansiyandan çıxacaq. Sadəcə olaraq, sərnişinlərin sayının çoxluğu səbəbindən  ola bilər ki, yenidən əlavə vaqonlar qoşulsun”.

Gülşən Raufqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...