Modern.az

Azərbaycanın peyki üçün orbital mövqenin icarəsinə dair müqavilə imzalanıb

Azərbaycanın peyki üçün orbital mövqenin icarəsinə dair müqavilə imzalanıb

Təhsil

26 May 2010, 11:46
Mayın 25-də Türkiyənin İstanbul şəhərində Malayziyanın “MEASAT” peyk operatoru ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) arasında Malayziyaya məxsus orbital mövqenin Azərbaycan peyki tərəfindən istifadəsi üçün uzunmüddətli icarə müqaviləsi imzalanıb.
RITN-in mətbuat xidmətinin məlumatına gğrə, bu müqavilə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında 4 noyabr 2008-ci il tarixli və 17 avqust 2009-cu il tarixli sərəncamlarının həyata keçirilməsi istiqamətində RİTN tərəfindən irəli atılmış növbəti addımdır.
Bundan əlavə Azərbaycan peykinin istehsalçısı - ABŞ-ın «Orbital Sciences Corporation» şirkəti ilə BƏHM arasında əsas kontrakt cari il may ayının 27-də imzalanmalıdır.
Qeyd edək ki, ilk Azərbaycan geostasionar kosmik telekommunikasiya peykinin 2012-ci ildə orbitə çıxarılması planlaşdırılır.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı