Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Krım Türklərinin lideri Mustafa Cəmiloğlu, Rusiyanın Krımı ilhaq etməsi qarşılığında, Çeçenistandakı kimi qanlı bir dirəniş riskini gözə alacaqları xəbərdarlığını elan etdi.
“Aramızda Suriyada döyüşmüş təşkilatlar, islamçılar, sələfilər və vəhabilər var. Ruslar torpaqlarımıza hücüm etmişdir, biz hər an döyüşməyə hazırıq deyirlər" şəklində fikirlərini ifadə edən Mustafa Cəmiloğlu, eyni zamanda radikal İslamçı bir döyüşü dəstəkləmədiyini xüsusilə diqqətə çatdıran M.Cəmiloğlu buna qarşı "Şərəfləriylə ölmək istəyən insanların qarşısını almam mümkün deyildir" deyə əlavə etdi.
Modern.az