Təhsil Nazirliyi növbəti tədris ilində orta məktəb dərsliklərinin tərtibatında olacaq dəyişikliklər, yeniliklər barədə məlumat verib. Modern.az-ın suallarını cavablandıran nazirlik dəsrliklərin yeni redaktədə çap olunacağını bildirib: “Orta məktəb dərsliklərinin tərtibatını həmin dərslikləri hazırlayan nəşriyyat-poliqrafiya müəssisələri və onların bu işə cəlb etdikləri müəllif heyəti həyata keçirir.
Növbəti tədris ilinə VII və VIII sinif dərsliklərinin hazırlanması üçün tender elanı verilib. VIII siniflər üçün hazırlanacaq dərsliklər sınaq üçün pilot məktəblərə veriləcək və istifadəsinə 2015-2016-cı tədris ilindən başlanılacaq. II və III sinif dərslikləri TQDK-nın monitorinqi və digər rəylər nəzərə alınmaqla yenidən işlənilərək çap olunacaq. I, V, IX, X və XI sinif dərsliklərinin də yeni redaktədə və müəyyən faizlə çap olunaraq məktəblərimizə çatdırılacağı gözlənilir”.