Metronun "Elmlər Akademiyası", "Gənclik" və digər stansiyaların keçidlərində olan mağazaların fəaliyyətinin dayandırılmasına satıcılar etiraz edir. Modern.az-ın məlumatına görə, ticarətçilər bununla əlaqədar Bakı Metropoliteninin idarəsi qarşısına toplaşıblar. Hazırda polis ərazini nəzarətə götürüb.
Sahibkarlar martın 31-nə kimi icarə haqqını ödədiklərini desələr də, bu heç bir fayda verməyib. Buna görə də, onlar “Elmlər Akedemiyası” stansiyasının qarşısına toplaşaraq, aksiya keçirilər.
***
Son məlumata görə, ticarətçilər Bakı Metropoliteninin rəhbərliyi ilə görüşüblər. Rəhbərlik sahibkarlara bir həftə vaxt verib. Bu müddətdə məsələyə baxılacaq, müzakirə aparılıb, son qərar veriləcək.
Bu bir həftə ərzində ticarətçilərə keçidlərdəki mağazalarında alverlə məşul olmağa icazə verilib.
Modern.az-ın məlumatına görə, aksiya artıq başa çatıb.









Modern.az