Modern.az

Bakıda Novruz yarmarkaları təşkil ediləcək - ÜNVANLAR

Bakıda Novruz yarmarkaları təşkil ediləcək - ÜNVANLAR

Təhsil

11 Mart 2014, 13:20


Novruz bayramında Bakıda təşkil olunacaq yarmarkaların yerləri açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirblər ki,  prezident İlham Əliyev kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 16 yanvar 2014-cü il tarixli, 221 nömrəli sərəncam imzalayib.  
Sərəncamın 1.4 bəndində Kənd Təsərrüfatı Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satışbazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkili tapşırılıb. Bu sərəncamdan irəli gələn məsələlərin icrası məqsədilə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ən müasir standartlara uyğun və yeni qapalı formada qurulacaq, daha səmərəli təşkil olunacaq, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılacaq. Bundan başqa, ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması və əhalinin rahatlığı üçün hər cür şəraitin yaradılması bu yarmarkaları digərlərindən fərqləndirəcək.

Belə ki, Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi martın 15-19-da Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək. Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq.

Yarmarkalar bu ünvanlarda keçiriləcək:

Bakı şəhəri, Xətai rayonu:

- Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda.

Bakı şəhəri, Yasamal rayonu:

- Akim Abbasov küçəsi, İran klinikasının yanı.

Bakı şəhəri, Nərimanov rayonu:

- “Gənclik” metrosu, stadionun yanı.

Bakı şəhəri, Binəqədi rayonu:

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti.

Bakı şəhəri, Suraxanı rayonu:

- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı.

Bakı şəhəri, Nəsimi rayonu:

- “Təzə bazar”ın ərazisi.

Bakı şəhəri, Səbail rayonu:

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.

Gültəkin Ələsgər 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı