Modern.az

Bakıda “Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” başlanır

Bakıda “Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” başlanır

Təhsil

11 Mart 2014, 13:43


12-15 mart tarixində Bakıda “BöyükİpəkYolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə “Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” keçiriləcək.

Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib. Artıq Forumda iştirak edəcək 24 ölkə üzrə gənc şairələrinseçimiyekunlaşıb. Bu il Almaniya, Böyük Britaniya, İtaliyanı təmsil edəcək gənc şairələr də Foruma qatılacaq. Tədvir iştirakçıları artıq Bakıdadırlar. Forum çərçivəsnidə gənc şairələr Azərbaycan Yazıçılar Birliyində, Gənclər Fondunda görüşlər keçirəcəklər. 

Qeyd edək ki, “Böyük İpək Yolu” BGİ 2013-cü ildə Bakıda gənc şairələrin birinci  Beynəlxalq Forumunu təşkil edib. Böyük maraq və rezonansa səbəb olmuş Forumda  Avropa, Asiya, Afrikadan 20-dən çox gənc şairə iştirak edib.

“Böyükİpək  Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə “ənyaxşılayihə” mükafatlandırılıb.

 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı