Modern.az

Mətbuat xidmətlərinin keçmiş rəhbərləri haradadır?

Mətbuat xidmətlərinin keçmiş rəhbərləri haradadır?

Təhsil

11 Mart 2014, 14:35


Azərbaycanda yazılmamış qanun var, hansı vəzifəyə rəhbər təyin edilirsə, o, təzə işinə başlayan kimi özündən əvvəlki rəhbərin gətirdiyi professional işçiləri belə, öz kadrları ilə əvəzləyir. Təbii ki, bura müavinlərdən tutmuş nazirin və nazirliyin bütün məlumatlarını mediaya ötürən mətbuat katibləri də aid edilir. Bu il də yeni təyinatlarla yadda qaldı. Qeyd etdiyimiz yazılmamış qanunlara yeni nazirlərin bəziləri “sadiq” qaldı.

Modern.az saytı bir müddət öncə işdən azad edilən mətbuat katiblərinin hazırda nə işlə məşğul olduğunu araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat  xidmətinin keçmiş rəhbəri İlham Məmmədov hazırda işləmədiyini, lakin dövlət idarələrinin birindən iş təklifi gözlədiyini bildirib.

Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu da hələ ki heç yerdə işləmir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Bayram Hüseynzadə isə nazirlikdə bu vəzifəsindən azad olunsa da, “Azərbaycan müəllimi” qəzetindəki işində saxlanılıb. O, həmin qəzetin redaktorudur.

Gültəkin Ələsgər  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı