Modern.az

Arif Hacılı: “Özümüzü əsir kimi hiss edirdik”

Arif Hacılı: “Özümüzü əsir kimi hiss edirdik”

Təhsil

11 Mart 2014, 14:47

Bu gün Ukrayna gedərkən Rusiya ərazisində saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və partiya başqanının müavini Gülağa Aslanlı mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, konfransda çıxış edən Arif Hacılı deyib ki, Ukraynada baş verən proseslərin Azərbaycana da aidiyyatı var: “Bu məsələləri diqqətdə saxlayırıq. Orada proseslərin episentri Krımdır. Xeyli əvvəl Krıma getməyi düşünürdük. Təyyarə ilə Krıma getmək qeyri-mümkün olduğu üçün qatarla getməyi qərara aldıq. Bu səfəri mətbuatdan da gizli saxlamışdıq. Rusiya ərazisində bizi ciddi şəkildə yoxladılar. Hətta qara köpək gətirmişdilər. Əvvəlcədən bilirdilər ki, Krıma gedirik, amma sorğu-sual edirdilər. Mahaçqala şəhərinə çatanda isə olduğumuz vaqona basqın etdilər. Bizi mülki geyimlilər qatardan çıxarıb, yaxınlıqda olan polis idarəsinə apardılar. Psixoloji təzyiqlər olsa da, fiziki təzyiqlər olmadı. Onlarla xeyli müzakirə apardıq. Bizə orada dedilər ki, erməniləri Qarabağda yaşamağa qoymursuz. Biz də onlara ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyi bildirdik. Rusiyada özümüzü əsir kimi hiss edirdik. Cinayət işi açmaq istəyirdilər. Deyirdilər ki, tez-tez Moskvadan sizə görə zəng vururlar, siz nə iş görmüsüz. Protokol tərtib etdilər, 500 rubl cərimələndik, cəriməni ödədikdən sonar bizi geri qayratdılar”.

A. Hacılı qeyd edib ki, Azərbaycan hökuməti də onların Krıma getməsində maraqlı olmayıb: “Bizi orada saxlanılmağımız hakimiyyəti narahat etməli idi, Xarici İşlər Nazirliyi buna münasibət bildirmədi. Heç gözləmirik də. Azərbaycan hakimiyyəti Ukrayna məsələsinə biganə yanaşır”.

İlkin PİRƏLİ

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı