
Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin işi üzrə proses martın 11-də davam etdirilib.
Modern.az-ın məlumatına görə, vəkil Əfqan Məmmədov “Media forum”-a deyib ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə prokuror təkliflə çıxış edib: “O, Nicat Quliyevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Bu, Nicat Quliyevə ittiham üzrə ən ağır cəzadır. Biz hesab edirik ki, prokurorun təklifi tam əsassızdır və Nicat Quliyevə bəraət hökmü çıxarılmalıdır”.
Növbəti prosesdə vəkillər çıxış edəcək.
Xatırladaq ki, Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. O, istintaqa heç bir ifadə verməyib.