Modern.az

Azərbaycanlı deputat Sankt-Peterburqdakı yığıncağa qatılıb

Azərbaycanlı deputat Sankt-Peterburqdakı yığıncağa qatılıb

Təhsil

11 Mart 2014, 15:32


Bu gün Sank-Peterburqda MDB ölkələrinin idman, mədəniyyət, turizm və yeni texnologiyalar üzrə komissiyası keçirilir. Milli vəkili Rauf Əliyevin Modern.az-a verdiyi məlumata görə, sözügedən komissiyaya Ukraynadan başqa bütün MDB ölkələri qatılıb.

R. Əliyevin sözlərinə görə, sammitdə təhsildə yeni texnologiyalar, yığma komandaların idmançılarının sığortası məsələsi, müxtəlif idman yarışlarında könüllülər haqqında qanun, turizm haqqında qanunun yeni redaksiyası hazırlanır, mədəniyyət haqqında qanuna düzəlişlər edilir.


“Komissiya yekun qərar qəbul olunub. Belə nəticəyə gəlindi ki, növbəti iclas oktyabr ayında Azərbaycanın paytaxtında keçirilsin. Hazırda Milli Mədəniyyət Mərkəzlərinin təqdimatı keçirilir”.  

 

  

Gültəkin Ələsgər

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...