Rusiya Lideral-Demokrat Partiyasının (RLDP) lideri hesab edir ki, eks-prezident Viktor Yanukoviçin Kiyevə qayıtması üçün hərbi dəstək vermək lazımdır. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, Jirinovski bunu Dövlət Dumasında bəyan edib: “Əgər mən Rusiyanın prezidenti olsaydım mən ona (Yanukovoçi nəzərdə tutur) Kiyevə qayıtması üçün hərbi dəstək verərdim. O, qanuni prezidentdir və biz ona kömək etməyə borcluyuq”. RLDP lideri əmindir ki, Yanukoviç Ukraynanın qanuni prezidentidir.
Modern.az