Modern.az

Deputat QDİƏT PM-nin tədbirinə qatılıb

Deputat QDİƏT PM-nin tədbirinə qatılıb

Təhsil

11 Mart 2014, 16:06

Albaniyanın paytaxtı, Tirana şəhərində qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının iqtisadiyyat, texnologiya, turizm və ekoloji məsələlər komitəsinin 42-ci sessiyası keçirilib. Bu haqda Modern.az-a Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı(QİƏT) Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri, deputat Musa Quliyev məlumat verib. 

O bildirib ki, QİƏT Parlament Assambleyası iqtisadiyyat komitəsi üzvləri Ukraynadakı və eləcədə bölgədəki digər problemlərin beynəlxalq hüquq normalar çərçivəsində öz həllini tapacağına ümid edirlər.

İclasda məruzə və tövsiyə qərarı dinlənildi.

Məruzə ilə Bolqarıstan nümayəndə heyətinin üzvü Nikolay Aleksandrov, tövsiyə qərarı üzrə Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədri olaraq, Musa Quliyev çıxış etdi. Hər iki sənəd səs çoxluğu ilə qəbul edildi.

İclasın əsas mövzusu qara dəniz regionunda tikintidə və arxitekturada müasir texnologiyaların tədbiqi oldu. İclasın əvvəlində sədirlik edənin təklifi ilə Ukraynadı hadisələr zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükut ile yad edildi.

Komitənin növbəti iclasının bu ilin 29-30 sentyabrında Gürcüstanın Batumi şəhərində keçirilməsi qərara alındı. 

 


 

    Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı