Məcid Əmirov: “Bu nailiyyətimdə əməkdar məşqçi Qurban Tağıyevin böyük rolu var”

Kişi və qadınlar arasında karate üzrə 22-ci Azərbaycan çempionatı başa çatıb. 150-dək karateçinin iştirak etdiyi yarışda qaliblər diplom və medalla mükafatlandırılıblar. Uzun illərdir ki, Karate-do Şotakan ilə məşğul olan Məcid Əmirov da qaliblər sırasındadır. O, şəxsi kumitedə -60 kq çəki dərəcəsində Mərkəzi Karate Məktəbinin təmsilçisi kimi çıxış edərək çempion adını qazanıb. Qələbə münasibətilə onu təbrik edərək yarış barədə söhbətləşdik. İdmançı bildirdi ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi növbəti ölkə çempionatında bütün titullu idmançılar, o cümlədən müxtəlif bölgələrdən 150-dək karateçi iştirak edib:
“Yarış nəticəsində
qadınlar arasında fərdi kumitedə Nuranə Əliyeva (-
50 kq, “Qaraqaplan” idman klubu), İlahə Qasımova (-
55 kq, “Qaraqaplan” idman klubu), Fəridə Abiyeva (
61 kq, “Qaraqaplan” idman klubu),
kişilər arasında fərdi katada Tural Balcanlı (“Çempion” idman klubu)
, fərdi kumitedə Niyazi Əliyev (-
67 kq, “Qəbələ” idman klubu), Rəfael Ağayaev (-
75 kq, “Qəbələ” idman klubu), Ayxan Mamayev (-
84 kq, “Qaraqaplan” idman klubu), Şahin Atamov (
+84 kq, “Qaraqaplan” idman klubu) birincilik əldə etdilər”.
M.Əmirov bu dəfə də yarışların gərgin keçdiyini bildirdi:
“Bütün yarışlarda olduğu kimi, bu yarışda da böyük həyəcan, məsuliyyət, məşqçilərin etimadını doğrultmaq hissi ilə gərgin mübarizə apardım. Final mərhələsində keçirdiyim narahatlıq hissləri daha da artmışdı. Qələbənin bir addımlığında olmaq adamı bir qədər də həyəcanlandırır. Şükürlər olsun ki, mübarizələrim uğurla nəticələndi və mən də bu yarışda birincilik əldə etdim. Qeyd edim ki, qələbəmdə bu günlərdə “əməkdar məşqçi” adına layiq görülmüş Qurban Tağıyevin böyük rolu var. Bu yarışda -60, -67, -75 kq çəki dərəcələrində finala qalanların Mərkəzi Karate Mək
təbinin təmsilçiləri olmasını da Qurban müəllimin “əməkdar məşqçi” adına layiq görülməsinin təsdiqi kimi qəbul etmək olar. Ona və digər əməyi olanlara təşəkkür edirəm”.
M.Əmirov son illər idmana göstərilən dövlət qayğısının onlarda böyük ruh yüksəkliyi yaratdığını da bildirdi: “Mən 15 ildən artıqdır ki, idmanla məşğul oluram. Son illər idmançılara verilən dəyər bizi daha əzmlə hazırlaşmağa sövq edir. Elə bunun nəticəsidir ki, Azərbaycan idmanı hər gün inkişaf edir, idmançılar böyük nailiyyətlər əldə edirlər. Ümid edirəm ki, bundan sonra da istər yerli, istər beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edəcəyik”. Qeyd edək ki, Məcid Əmirov ötən il Slovakiyada karate üzrə keçirilən Universiadada, İstanbulda WSKU Federasiyasının təşkil etdiyi dünya çempionatında, bu il Fransanın paytaxtında düzənlənən karate üzrə “Paris Open” beynəlxalq turnirində də uğurla mübarizə aparıb. Qalibləri təbrik edir, onlara yeni-yeni qələbələr arzulayırıq.
Modern.az