Modern.az

Lukaşenko: “Yalnız axmaqlar Ukrayna hadisələrindən nəticə çıxarmaz”

Lukaşenko: “Yalnız axmaqlar Ukrayna hadisələrindən nəticə çıxarmaz”

Təhsil

11 Mart 2014, 17:09

Belarus prezidenti Aleksandr Lukaşenko vəzifəli şəxslərlə bağlı yeni korrupsiya faktlarını yaxın zamanda açıqlayacağını bəyan edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, o həm də məmurları Ukrayna hadisələrindən nəticə çıxarmağa və korrupsiyaya qurşanmamağa çağırıb: “Yaxın zamanda bütün faktları açıqlayacağıq. Biz necəsə KİV-ə fırıldaqçılar və korrupsiyaçılardan danışmağı dayandırmışıq”.

Lukaşenko təhsil sahəsində çalışan məmurlara xüsusi xəbərdarlıq edib: “Allah eləməsin, biz sizin ali məktəblərinizdə hansısa korrupsiya aşkarlayaq. Yalnız səfehlər Ukrayna hadisələrindən nəticə çıxarmaya bilər”.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı