Kolumbiyanın futbol üzrə yığmasının keçmiş yarımmüdafiəçisi əfsanəvi Karlos Valderamma ölkə prezidentliyinə namizədliyini irəli sürmək qərarına gəlib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, o, Kolumbiyanın ən böyük Liberal-mühafizəkar partiyasından namizəd olacaq.
Karlos hakimiyyətə gələrsə ilk növbədə xalqdan alınan vergiləri azaltmaq niyyətindədir. Bundan başqa, o, döş xərçənginin müalicəsi ilə bağlı problemlə mübarizə aparacaq. Seçki kampaniyasını başladan Karlos diqqəti özünə cəlb etmək üçün saçını sarı rənglə boyayıb.
Valderrama karyerasını 2002-ci ildə başa vurub. Bundan sonra Kolumbiyanın “Atletiko Xunior” klubunda baş məşqçinin köməkçisi işləyib. Bundan əlavə, Mayamidə uşaq futbol məktəbi açıb.
Valderamma iki dəfə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçilib. Yeganə kolumbiyalı futbolçudur ki, FİFA-nın 125 ən yaxşı futbolçusu siyahısına düşüb.
Modern.az