Modern.az

Zakir Həsənovdan yeni təyinat

Zakir Həsənovdan yeni təyinat

Təhsil

11 Mart 2014, 18:47


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 mart 2014-cü il tarixli əmri ilə polkovnik-leytenant İsa İsmayılov Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən  məlumat verilib.

Mənbə həmçinin bildirib ki, polkovnik-leytenant İ.İsmayılovun xidmətdən kənarlaşdırılması haqqında məlumatlar əsassızdır.

Qeyd edək ki, İ.İsmayılov bundan əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətinin baş zabiti, daha öncə isə "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru olub.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəis müavini mayor Teymur Abdullayev öz ərizəsi ilə istefaya göndəriləndən sonra bu vəzifə vakant qalmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı