Modern.az

Qorbaçova SSRİ-ni dağıtdığına görə cinayət işi açıla bilər

Qorbaçova SSRİ-ni dağıtdığına görə cinayət işi açıla bilər

Təhsil

10 Aprel 2014, 11:18


Rusiya Dövlət Dumasının bir neçə fraksiyasının deputatları baş prokuror Yuri Çaykaya SSRİ-nin prezidenti Mixail Qorbaçovun fəaliyyətinin araşdırılması ilə bağlı sorğu göndəriblər.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, parlamentarilər prokororluğun araşdırmasının yekunu olaraq Qorbaçova qarşı cinayət işinin açılacağına ümid edirlər. Sorğunun təşəbbüsçüsü “Vahid Rusiya” fraksiyasının nüzvləri Yevgeni Fyodorov və Anton Romanov, kommunistlər İvan Nikitçuk, Oleq Denisenko, eləcə deə Rusiya Liberal Demokrat Partiyasından olan Mixali deqtyarevdir. Deputatlar qeyd edirlər ki, Sovet İttifaqının rəhbərliyinin o vaxtkı fəaliyyəti SSRİ-nin dağılması ilə nəticələnib, halbuki o zaman keçirilən referendumda əhali ittifaqın saxlanılmasının lehinə səs verib.

Sorğu müəllifləri xatırladırlar ki, 1991-ci il noyabrın 4-də Qorbaçova qarşı cinayət işi qaldırılıb, ancaq növbəti gün iş ləğv olunub. Bundan başqa, deputatlar Qorbaçovu ABŞ-ın “casusu” adlandırırlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı