“Braziliyada ət istehsalı daxili tələbatdan da artıqdır. Hindistandan isə Azərbaycana daha çox camış əti gətirilir. Dövlət Baytarlıq Xidməti nümayəndələri həmin ölkələrdə ət kəsimində iştirak etdilər. Hər şey gigiyenik qaydalara uyğun aparılır”.
Bunu Modern.az-a açıqlamasında “Ərzaq təhlükəsizliyi uğrunda” İctimai Birliyinin sədri Zahid Orucov deyib. “Azərbaycana idxal olunan ətin böyük hissəsini camış əti təşkil edir ki, bundan da kolbasa və sosiska istehsalında geniş istifadə olunur”.
Ekspertin sözlərinə görə, Braziliyada heyvandarlıqda genetik modifikasiya olunmuş yemlərdən istifadə edilir. “Xaricdən ət gətirməyə ehtiyac yoxdur. Lakin yaxşı olardı ki, Hindistan, Braziliya fermerlərinin ciblərini doldurunca yerli fermerlərlə müqavilələr bağlasın. Kolbasa və sosiska istehsal edən şirkətlər yerli fermerlərlə əlaqələr qurmaqda maraqlı olmalıdırlar”.
Gülşən Raufqızı