Modern.az

BDU intihara cəhd edən tələbə ilə bağlı açıqlama verdi

BDU intihara cəhd edən tələbə ilə bağlı açıqlama verdi

Təhsil

10 Aprel 2014, 14:53

Bakı Dövlət Universitetindən intihara cəhd edən tələbə ilə bağlı açıqlama verilib. BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Modern.az saytına deyib ki, Aysel Babayeva 2013-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib:

“Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb. Aysel Babayeva passiv tələbə kimi qeydiyyatdadır”.

Qeyd edək ki, Şirvan şəhərində qeydiyyatda olan 23 yaşlı Aysel Babayeva aprelin 9-da saat 20.18 radələrində Dənizkənarı Milli Parkda özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb.

Səbail rayon Polis İdarəsindən A. Babayevanın Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olduğu və hadisəni qayıbları və akademik borcları çox olduğuna görə etdiyi bildirilirdi.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı