Modern.az xəbər verir ki, Bakıda, Azərbaycanda saxlanılan erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında bu gün Ermənistana qaytarılıb.
Arsen Xodjayan Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib.
Qeyd edək ki, Arsen Xodjayan bu il martın 7-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində əsir düşüb.
Gülşən Raufqızı