Modern.az

Millimizdən yeni rekord: 398 xalla 85-ci pillə

Millimizdən yeni rekord: 398 xalla 85-ci pillə

Təhsil

10 Aprel 2014, 15:37


Modern.az
AFFA-ya istinadən xəbər verir ki, FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə 6 pillə irəliləyən Azərbaycan milli komandası 398 xalla 85-ci pillədə qərarlaşıb. Bu, millimizin tarixi ərzində FIFA-nın reytinq cədvəlindəki ən yaxşı göstəricisidir. Komandamız son 1 ayda heç bir matça çıxmasa belə, FİFA reytinqinin 20 illik tarixi ərzində özünün ən yüksək nöqtəsinə qalxıb.

Milli komandamız bu günədək ən yaxşı halda 88-ci olmuşdu. Həmin nəticə 2013-cü ilin oktyabrına təsadüf etmişdi. Millimiz 6 aydan sonra rekordlarını 3 pillə yaxşılaşdıb.

Reytinq cədvəlində İspaniya 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-cidir. Portuqaliya isə 1 pillə irəliləyərək, 1246 xalla 3-cü olub.

Qeyd edək ki, növbəti reytinq cədvəli mayın 8-də açıqlanacaq.

 

 

Rafiq Qənbərov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı