
Rusiya bu ilin sonuna qədər Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səs hüququndan məhrum olunub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu qərar qurumun bugünkü iclasında qəbul olunub.Rusiya eyni zamanda AŞPA-da rəhbər qurumların işində iştirakdan da məhrum edilib.
Rusiyanın səsvermə hüququndan məhrum olunmasına AŞPA deputatlarının əksəriyyətinin səs verdiyi bildirilir. 145 deputat qərarın lehinə, 21 nəfər əleyhinə səs verib, 22 deputat isə bitərəf qalıb.
Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətinə xitam verilməsi məsələsi qəbul olunmayıb. Deputatların 82-si lehinə, bir bu qədəri əleyhinə səs verib, 19 nəfər isə bitərəf qalıb. Məsələnin qəbul olunması üçün 1 səs çatmayıb.
Modern.az