Ermənistan Silahlı qüvvələrinin İcevandakı hərbi hissəsində əsgər ölüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həqiqi hərbi xidmətdə olan Nerses Karapetyan qəflətən dünyasını dəyişib. Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsrun Ovannisyan hazırda əsgərin ölüm səbəblərinin dəqiqləşdirilməsi ilə bağlı araşdırma aparıldığını deyib.
Modern.az