Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ötən gecə Şabran rayonunda Bakı-Şabran avtomobil yolunun 129-cu kilometrliyində “Mercedes” və "Nissan" markalı 2 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, iki avtomobildə birlikdə 5 nəfər sıxılaraq qalıb və “Mercedes” markalı avtomobilin sürücüsü ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış 5 nəfər yaralını, habelə “Mercedes” markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Hüseynov Nəriman Mənsur oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Modern.az