Modern.az

Akif Aşırlı: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi tarixində yanlışlıq var”

Akif Aşırlı: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi tarixində yanlışlıq var”

Təhsil

27 May 2014, 10:42


“Qafqaz İslam ordusunun Azərbaycana gəlişi mayın 25-də baş verməyib. Əslində həmin tarixdə Azərbaycana Nuru paşa öz heyəti ilə gəlmişdi. Həmin vaxt onlar Zəngəzurdan Qarabağa, ordan Yevlaxa keçmişdilər və onların təmtəraqlı qarşılanma mərasimi olub. Heyətin gəlişinə səbəb  Azərbaycanın bütövlüyünü təmin etmək və  müəyyən bir abı-havanı yaratmaq idi. Əslində Nuru paşadan da əvvəl vəziyyəti dəyərləndirməkdən ötrü Nazim paşanın başçılığı altında bir qrup hərbçi də Gəncədə olmuşdu. Qafqaz İslam Ordusunun özü isə Azərbaycana 1918-ci il iyunun 6-da gəlib” .
Bunu Modern.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru, araşdırmaçı Akif Aşırlı bildirib.

Qeyd edək ki, mayın 25-də bir qrup ziyalı və Böyük Quruluş Partiyası Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi münasibətilə Şəhidlər Xiyabanındakı türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət ediblər.

Araşdırmaçı Akif Aşırlı da həmkarlarını bu tarixlə bağlı yanlışlığı düzəltməyə dəvət edir. “O zaman Qafqaz İslam ordusunun tərkibində 5-ci Qafqaz piyada alayının sayı 5400 nəfərdən ibarət idi. Bu, Azərbaycanla Türkiyə birliyini göstərən ilk tarixi fakt idi. Daha sonra onlar Ağstafa stansiyasından qatarlara mindirilərək Gəncəyə yola salındı. İyunun 9-10-u arası ordunun hamısı artıq Gəncədə idi. Orada da Azərbaycandan olan könüllülərlə Qafqaz İslam ordusu birləşdi. Onların mayın 25-də Azərbaycanda olması üçün heç bir hüquqi əsas yox idi. Çünki ordunun gəlməsi üçün Cümhuriyyət rəhbərliyi ilə Türkiyə arasında saziş imzalanmalı idi. Həmin saziş də iyunun 4-də imzalandı. Sənədin dördüncü bəndinə görə, ehtiyacı olduğu təqdirdə Azərbaycana silahlı yardımların göstərilməsi idi. Odur ki, Qafqaz İslam ordusu da bu müqavilənin nəticəsi olaraq Bakıya gəlmişdi”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı