70 yaşlı İsveçrəli ər-arvad yerli kilsəni qarət ediblər. Modern.az bildirir ki, polis təhqiqatdan sonra qarətçiləri tapıb və təəccüblənib. Bəlli olub ki, kilsədə vaxtaşırı oğurluq qoca təqüdçülər tərəfindən edilirmiş. Qocalar yerli kilsədə oğurluq etdiklərini etiraf ediblər. Polis araşdırması nəticəsində bəlli olub ki, təqaüdçü qocalar varlı olub və pula ehtiyacları olmayıb. Onlar polisə bildiriblər ki, oğurluğa adrenalini artırmaq üçün əl atıblar. Ötən ilin noyabrından başlayaraq kilsədən bir neçə yüz İsveçrə frankı oğurlanıb. Nümunəvi sakin olan qoca ər-arvadın istintaqı davam edir.
Modern.az