Modern.az

Bakı 2015 Avropa Oyunları üçün ilk sınaq yarışlarını keçirəcək

Bakı 2015 Avropa Oyunları üçün ilk sınaq yarışlarını keçirəcək

Təhsil

30 May 2014, 11:25

Bakı 2015 Avropa Oyunları bu həftənin sonunda Gənclərin Avropa Olimpiya Sınaq Yarışları (EYOT) həyata keçirilən zaman özünün ilk sınaq yarışlarına ev sahibliyi edəcək. 

Modern.az xəbər verir ki, üç günlük yarış Cümə günü, may ayının 30-da start götürəcək və Avropanın 700-dən çox ən güclü gənc idmançılarını əhatə edəcək. Atletlər, Tofiq Bəhrəmov adına stadionda qızıl medallar uğrunda yarışacaqlar.

Iştirakçılar yeni inşa olunmuş və gələn ilin yayında ilk Avropa Oyunlarında istifadə olunacaq   Atletlər Kəndində qalacaqlar.  

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru cənab Azad Rəhimov demişdir: “Mən Bakı şəhərinə gələn və  Gənclərin Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanmağa çalışan bu gənc idmançıları ürəkdən salamlayıram.

“Gənclərin Avropa Olimpiya Sınaq Yarışları bizim komandamıza gələn ilin Avropa Oyunlarından öncə göstərəcəyimiz bir sıra xidmətləri sınaqdan keçirmək üçün gözəl imkan yaradan möhtəşəm bir tədbirdir.”

Bu ilin avqust ayında Çin Respublikasının Nankin şəhərində keçiriləcək Gənclərin Olimpiya Oyunlarında iştirakını təmin etməyə çalışan 16 və 17 yaşlı idmançılar 36 idman növü üzrə yarışacaqlar. 

Tofiq Bəhrəmov Stadionu Bakı 2015  İlk Avropa Oyunlarında kamandan ox atma yarışına ev sahibliyi edəcək.   

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: “Avropa Oyunlarında yarışlara ev sahibliyi edəcək hər bir obyekt gələn ilin yay aylarına kimi ətraflı şəkildə sınaqdan keçiriləcək, belə ki, biz bütün Avropanın iştirak etməyə can atacağı bir yarışın həyata keçirilməsi üçün hazırlıq işlərimizi davam etdiririk. 

“Gələn ilin yayında keçiriləcək Oyunlarda 6,000-dən çox atletə ev sahibliyi etməyə hazırlaşdığımız üçün yarış iştirakçılarının Atletlər Kəndində qalmasına imkan yaradılması da bizim üçün əhəmiyyətli bir məsələdir.“

Azərbaycan Atletika Federasiyasının prezidenti  Çingiz Hüseynzadə  demişdir: “Atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turnirinin Azərbaycanda keçirilməsindən qürur hissi duyuram .

Yerli Təşkilat Komitəsinin  üzvləri də  Avropanın ən güclü gənc idmançılarını Bakıda salamlamaqdan məmnundurlar.

“Möhtəşəm atletika yarışının uğurla həyata keçməsi  üçün bu istiqamətdə  biz  BEGOC-un dəstəyi  ilə  əzimlə çalışırıq.”

Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarında səhər sessiyaları saat 9:30-da və günorta sessiyaları isə cümə günü, may ayının 30-da saat 15:00-da və şənbə günü, may ayının 31-də saat 15:30-da başlanacaq. Bazar günü, iyun ayının 1-də səhər sessiyası olmayacaq və bu zaman günorta sessiyası saat 14:00-da başlanacaq.   

Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarının açılış mərasimi  cümə günü, may ayının 30-da saat 17:00-da Tofiq Bəhrəmov Stadionunda keçiriləcək.  

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı