Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTB) əməkdaşları Krımda “Sağ sektor” qrupunun üzvlərini saxlayıblar.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə FTB-nin ictimai əlaqələr mərkəzi məlumat yayıb. Məlumata görə Simferopol, Yalta, Sevastopol şəhərlərində “Sağ sektor”un diversiya hərəkətlərinin qarşısı alınıb.
FTB bəyan edib ki, 9 may tarixində “Sağ sektor” Simferopoldakı Leninin memorial abidəsini partlatmağa, Krımın Rus İcması və Vahid Rusiya Partiyasının nümayəndəliklərinin ofisində yanğınlar həyata keçirməyi planlaşdırıb.Rusiya kəşfiyyatı bildirib ki, artıq təşkilatın üzvlərinə qarşı cinayət işi açılıb.
Qeyd edək ki, “Sağ sektor” bir müddət öncə partiyaya çevrilib. Adıçəkilən təşkilat Rusiyaya qarşı millətçi mövqedən çıxış edir.
Aqşin Kərimov